1 formulada 5 inqrediyent

Beş əsas aktiv inqrediyentdən ibarət formulası sayəsində Donsir® ağrı, iltihab, oynaq quruluşu və müşayiət olunan xəstəliklərə qarşı təsir göstərir.

1 formulada 5 inqrediyent

Beş əsas aktiv inqrediyentdən ibarət formulası sayəsində Donsir® ağrı, iltihab, oynaq quruluşu və müşayiət olunan xəstəliklərə qarşı təsir göstərir.

Oral suspenziya 250 ml

Kapsullar 30

Gel 100 ml

Oynaq Sağlamlığı Nədir?

Oynaq iki və ya daha çox sümüyün birləşdiyi yerdir. Oynaqlar sərt və ya hərəkətli ola bilər.

Bir çox oynağın birləşdiyi yerdə sümüklərin uclarında qığırdaq vardır.

Yaxşı qığırdaq sümüklərin bir-birinin üzərində sürüşməsinə imkan verərək, hərəkət etməyə kömək edir.

O, həmçinin sümüklərin bir-birinə sürtünməsinin qarşısını alaraq onları qorumağa kömək edir.

Oynaq iki və ya daha çox sümüyün birləşdiyi yerdir. Oynaqlar sərt və ya hərəkətli ola bilər.

Bir çox oynağın birləşdiyi yerdə sümüklərin uclarında qığırdaq vardır.

Yaxşı qığırdaq sümüklərin bir-birinin üzərində sürüşməsinə imkan verərək, hərəkət etməyə kömək edir.

O, həmçinin sümüklərin bir-birinə sürtünməsinin qarşısını alaraq onları qorumağa kömək edir.

Oynaqlarınızı sağlam saxlamaq sizə qaçmaq, gəzmək, tullanmaq, məşq etmək və sevdiyiniz digər işləri görmək imkanı verəcək. Fiziki aktivlik, düzgün qidalanma, travmalardan qorunmaq və kifayət qədər yuxu – sağlam qalmağın, oynaqların da sağlam olmasının yeganə yolu budur.
Bəzilərində oynaqların iltihabı və ağrılarla müşayiət olunan artrit inkişaf edir. Artrit daha çox oynaqlara təsir edə biləcək hər hansı bir pozğunluğa istinad etmək üçün istifadə olunan bir termindir. Artrit daha çox yaşlı adamlarda rast gəlinsə də, gəncl yaşlarda da müşahidə oluna bilər. Artritin müxtəlif formaları var:
Osteoartrit
Osteoartrit, xüsusilə yaşlılarda ən çox rast gəlinən artrit növüdür. Osteoartritdə oynaqların səthindəki qığırdaq köhnəlir və sümüklərin bir-birinə sürtülməsinə şərait yaradır. Bu, oynaqlarda ağrı, şişkinlik və hərəkətin məhdudlaşmasına səbəb olur. Bəzən oynağın zədələnməsi oynaq ətrafındakı nahiyədə ağrıya səbəb ola bilər.
Revmatoid Artrit
Revmatoid artrit autoimmün xəstəlikdir, yəni immun sistem oynaqlardakı toxumalara yad işğalçılar kimi hücum edir. Bu, oynaqlarda ağrı, şişkinlik, hərəki məhdudiyyət və funksiyaların itirilməsinə səbəb ola bilər. Revmatoid artritli insanlarda yorğunluq da hiss edilə bilər, bəzən hərarətin artması da olur.
Podaqra
Podaqra oynaqlarda sidik turşusu kristallarının yığılması nəticəsində yaranan oynaq xəstəliyidir. Ən yayılmış lokalizasiya ayağın baş barmağıdır. Çox ağrılı ola bilər. Əlilliyi və ağrıları azaltmaq üçün podaqranın bir neçə müalicə metodu var.
Yuvenil Artrit
Daha çox uşaq yaşlarında inkişaf edən artritlərdə istifadə olunan termindir. Yetkin yaşlarda rast gəlinən artrit tiplərinin çoxu uşaqlarda da müşahidə oluna bilər, lakin yuvenil idiopatik artritlər əsas etibarı ilə uşaq yaşlarında olur.

Osteoartrit və Artrit Simptomları

Artrit simptomları zamanla tədricən inkişaf edə bilər. Simptomlar bütövlekdə oynaqlarda ağrı, şişlik, həssaslıq və sərtlik kimi özünü biruzə verir. Təsirə məruz qalan əraziləri aşağıdakı şəkildə görmək olar.

onurğanın boyun şöbəsi

dirsək oynağı

əl barmaqları

aşıq-baldır oynağı

bud-çanaq oynağı

diz oynağı

ayaq

Osteoartrit Və Artritin Əmələ Gəlmə Səbəbləri

Yaş
İrsiyyət
İnfeksion Agentlər
Piylənmə
Menopauza
Yaş
İrsiyyət
İnfeksion Agentlər
Piylənmə
Menopauza
Yastıpəncəlik
Yastıpəncəlik
Həddindən Artıq Fiziki Aktivlik
Oynaq Travmaları
Yüksəkdaban Ayaqqabı
Hipotermiya

Oynaq Ağrıları Necə Müalicə Olunur?

Sadə ev şəraitində müalicə tövsiyə olunur, məsələn, qısa müddətə gündə bir neçə dəfə zədəli sahəyə isidici yastıq və yaxud buz qoymaq olar. Eləcə də mülayim isti vanna qəbul etmək faydalıdır.

İsidici yastıq və ya buz.

İstilik və buz əzələləri və ya sərt oynaqları rahatlaşdırmaq üçün istifadə edilə bilər. İstilik tətbiqi damarları genişləndirərək təsirlənmiş bölgəyə qan axını artırır və bu da ağrıları azaldır. İstilik xroniki xəstəliklər üçün istifadə olunur. Digər tərəfdən, buz kəskin ağrı üçün istifadə edilə bilər. Qan axını məhdudlaşdıraraq şişkinliyi azaldır, buna görə də ağrıları minimuma endirir. Bunlar evdə müalicə üçün yaxşı variantlardır.

Çəki atmaq

Oynaqlardakı stresi azaltmaq üçün çəki atmaq təklif edilə bilər. Parasetamol və ya iltihabəleyhinə dərman ağrıları aradan qaldırmağa kömək edə bilər. Hər iki dərman reseptsiz satılır, lakin daha güclü dozalar həkim resepti tələb edə bilər. Mədə xoranız, böyrək xəstəliyiniz və ya qaraciyər xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşin.

Məşq

Məşq güc və funksiyanı bərpa etməyə kömək edir. Gəzinti, üzgüçülük və ya digər Yüngül aerobik məşqlər ən yaxşısıdır. Gərgin məşq və ya atletik idmanla məşğul olanlar bu fəaliyyətlərini məhdudlaşdırmalı və ya daha mülayim məşq proqramına keçməlidirlər. Mülayim dartılma məşqləri də faydalıdır. Məşq proqramına başlamazdan və ya davam etdirməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Yerli müalicələr

Zədəli oynaq nahiyəsində dəriyə sürtülə bilən məlhəm və gel kimi yerli müalicələr də ağrıları aradan qaldırmağa kömək edə bilər. Bunlardan bəziləri apteklərdə mövcuddur və ya həkiminiz sizin üçün resept yaza bilər.
Qlükozamin, xondroitin, MSM və Avokado və soya yağlarının sabunlaşmayan birləşməsi kimi qida əlavələri ağrıları aradan qaldırmağa kömək edə bilər.

DONSİR NƏDİR?

Donsir, 5 fərqli əsas aktiv inqrediyenti ilə həm ayrı-ayrılıqda, həm də sinerji olaraq təmin etdiyi təsir sayəsində qığırdaq və oynaq sağlamlığının qorunmasını təmin edir.

Qlükozamin

Oynaqdaxili mayedə və digər oynaq strukturlarında olan proteoqlikanların və qlükozaminoqlikanların sintezində istifadə olunan endogen aminoqlükozadır.

Xondrotin

Bu birləşdirici toxumaların hüceyrədənkənar matriksinin əsas komponentidir. Oynaqdaxili mayenin əmələ gəlməsində böyük əhəmiyyətə malikdir. Qığırdaq mübadiləsində iltihab əleyhinə təsir göstərir.

ASU

Avokado və soya yağlarının sabunlaşmayan birləşmələri hüceyrədənkənar matriks komponentlərinin xondrositlərinin sintezini (anabolik effekti) stimullaşdırır. ECM molekullarının parçalanmasını (məhvini) azaldır (anti-katabolik təsirlər göstərir).

MSM

Metilsulfonilmetan (MSM) təbiətdə mövcud olan kükürdün bir forması olmaqla bütün bədən əzələlərinin və vətərlərinin müdafiəsinə kömək edir.

İstifadəsi EULAR (Avropa Revmatizmlə Mübarizə Liqası, artrit/revmatizmli insanları təmsil edən təşkilat, bütün Avropa ölkələrinin səhiyyə peşəkarları və revmatologiya elmi cəmiyyətləri) tərəfindən sağlam dayaq-hərəkət sisteminin funksiyasının effektiv dəstəkləməsi üçün təsdiq edilmiş 3 komponent bu 5 komponentdən ibarət kombinasiyanın tərkibinə daxildir.

Donsir sümük-əzələ sisteminin degenerativ xəstəliklərinin simptomlarına patogenetik təsir göstərən, maddələr mübadiləsinə təsir edən, ağrıları, QSİƏV olan tələbatı və residiv ehtimalını azaldan, xüsusən də polimorbid vəziyyətlərdə oynağın funksional vəziyyətini yaxşılaşdıran kompleks xondroqoruyucu vasitədir.

Donsir Suspenziyası 250 Ml

N-asetil-D-qlükozamin
Xondroitin natrium sulfat
Sabunlaşmayan avokado soyası
Dimetil sulfon
Bambusa arundinacea quru ekstraktı
Gündə bir dəfə 20 ml.

Donsir Kapsul 30

Qlükozamin hidroxlorid
Xondroitin natrium sulfat
Sabunlaşmayan avokado soyası
MSM
Bambusa arundinacea quru ekstraktı
Kapsullar gündə 1-3 dəfə yemək zamanı.

Donsir Gel 100 ml

Xondroitin sulfat
N-asetil-beta-D-qlükozamin
Efir yağları
Nanə və evkalipt ekstraktları
Harpagophytum Procumbens kökləri
Zerdeçal kökü (Curcuma longa)
Qara qarağat meyvəsi (Ribes nigrum meyvəsi)
Adi zəncəfil (Zingiber Officinale)
Boswellia serrata (Boswellia serrata)
Gel: Gündə 1-2 dəfə jeli zədələnmiş əraziyə yumşaq bir şəkildə sürtmək üçün.

DONSİRDƏN KİM İSTİFADƏ EDƏ BİLƏR?

İdmançılar
Yaşlılar
Risk qrupuna daxil olan artıq bədən çəkisindən əziyyət çəkən insanlar
Qığırdağında zədəsi olanlar

BLOG

Post 1 AZ

BLOG What is glucosamine? Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry’s standard dummy text ever

Read More »

İspaniyanın Barselona şəhərindəki istehsal müəssisəmizdə istehsal olunan məhsullarımız çoxkomponentli texnologiya sayəsində xəstəliyin müxtəlif mərhələlərində təhlükəsiz və effektli müalicəni təmin edir.

Aktiv maddənin istehsalından başlayaraq istehsal prosesinin standartlaşdırılmasının keyfiyyətinə nəzarətədək Avropa İttifaqı Qaydalarına uyğun keyfiyyət təminatı sistemləri dəqiq şəkildə təqib edilir və sənədləşdirilir.

Setonda Laboratorio

Ətraflı məlumat üçün məhsullarımızın internet səhifələrinə daxil olun.

ƏLAQƏ

SETONDA® Laboratorio

Joaquim Costa, 18 -1 -08390
Montgat (Barcelona) – Spain

Əlaqə Forması